Cümə axşamı, 02 May

Məşhur kosmetoloqun "rus agenti" olduğu ortaya çıxdı

image

İngiltərədə kosmetoloq kimi böyük reputasiyaya malik olan Bolqarıstan vətəndaşı Vanya Qaberovanın “Rusiya agenti” ittihamı ilə saxlanılması ölkədə şok effekti yaradıb.

Xəbər verilir ki, İngiltərədə aparılan hərtərəfli təhlükəsizlik araşdırması çərçivəsində 3 Bolqarıstan vətəndaşı Rusiyaya casusluq etməkdə şübhəli bilinərək saxlanılıb. İllərdir İngiltərədə yaşayan və müxtəlif işlərdə çalışan şübhəlilərin Rusiya adına İngiltərədə dövlət sirlərini əldə etməyə çalışdıqları bildirilib.

Daha sonra ölkədə aparılan istintaq çərçivəsində saxlanılan iki nəfərdən birinin İngiltərədə illərdir gözəllik mütəxəssisi kimi şöhrət və mükafatlar qazanmış Vanya Qaberova olduğu ortaya çıxanda çoxlarını təəccübləndirib.

"Pretty Woman" adlı gözəllik şirkətinin sahibi olan 29 yaşlı Qaberovanın xüsusilə kipriklərə qulluq mövzusunda verdiyi təlimlə İngiltərə, Bolqarıstan və Rusiyada bir çox mükafatlar qazandığı ortaya çıxıb. Qaberovadan başqa Orlin Russev, Bizer Cambazov, Katrin İvanova və İvan Stoyanov da 2020-2023-cü illər arasında “düşmən dövlətlərin xeyrinə olacaq məxfi məlumat əldə etməyə cəhd” ittihamı ilə saxlanılanlar arasındadır.

Şübhəlilər gələn həftə məhkəmə qarşısına çıxacaqlar.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15